SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS sabahın - 24 aprelin proqnozunu təqdim edir:

QOÇ – Yeni işlərin başlanğıcı üçün yaxşı gündür. Himayədarlarınız sizi tək buraxmayacaq. Buna baxmayaraq, qərar qəbul edərkən ehtiyatlı olun. Günün ikinci yarısında bütün köhnə narazılıqları kənara qoyub dostlarla görüşə bilərsiz.

BUĞA - Bu gün sərfəli iş təklifləri ala bilərsiz, lakin ətraflı düşünmədən qərar verməyin. Ulduzlar həmçinin hələ iş yerini dəyişmək və ya yeni qazanc mənbələri axtarmaq məsləhət görmür.

ƏKİZLƏR – Münasibətlər diqqətli və ehtiyatlı olun. Heç bir vacib qərar qəbul etməyin. Bu gün qeybət və boş danışıqlardan uzaq olun. Kimsə yenidən sizə xoşagəlməz anlar yaşatmaq istəyir.

XƏRÇƏNG – Bu gün gözlənilməzliklər ola bilər. Ola bilsin, əlinizə sərfəli müqavilə bağlamaq imkanı düşdü. Ortamı, işinizi dəyişmək istəyi yarana bilər. Azacıq səbr edin, indi zamanı deyil.

ŞİR – Bu gün qadın şirlər öz istedadlarını nümayiş etdirə biləcəklər. Fantaziyanızı işə salın. Yuxularınız xoşbəxt və çin olacaq. Yuxuzdakı rəqəmlər gözlənilməz xəbərə işarədir.

QIZ – Gün yeni işlərin başlanğıcı üçün əlverişlidir. Yeni layihələr barədə düşünənlər himayədarların köməyindən istifadə edə bilərlər. Tərəf müqabilləri ilə danışıqların nəticəsi uğurlu olacaq.

TƏRƏZİ – Gün rəngarəng və dəyişkəndir. Karyerada yüksəliş, sərfəli iş təklifi mümkündür. Yaxşı düşünün, tələsik qərar verməyin. İstənilən halda tutduğunuz mövqeni möhkəmlətməyə çalışın.

ƏQRƏB – Hadisələri ayıq başla dəyərləndirməyiniz səhvlərdən qaçmağa kömək edəcək. Biznesinizi inkişaf etdirmək və ya istirahət planı qurarkən maddi durumunuzu yaxşı götür-qoy edin. Hazırda rəhbərlik və həmkarlarla yaxşı münasibətləri qoruyub saxlamaq daha vacibdir.

OXATAN – Bu gün söz-söhbətdən və düşmənlərin qısasından ehtiyatlı olun. Vəd verərkən diqqətli və ehtiyatlı olun. Bu gün işlərinizdə partlayış gözləməyin. Hazırki zaman keçidi köklü dəyişikliklər üçün əlverişli deyil.

OĞLAQ – Gün yeni işlərin başlanğıcı üçün əlverişlidir. Bacarığınızı göstərmərə biləcəksiz. Bu müdiriyyət və iş yoldaşları tərəfindən diqqətsiz qalmayacaq. Ola bilsin son zamanlar sizi məşğul edən arzunuzu gerçəkləşdirə bildiniz.

DOLÇA – Günün devizi – məhəbbət, sakitlik və barışdır. Gün səyahət, istirahət üçün əlverişlidir. Boş vaxtinizi əziz insanlarla keçirməyə çalışın. Günün ikinci yarısında alacağınız gözlənilməz xəbər həftənin planlarını dəyişməyə vadar edəcək.

BALIQLAR – Gərgin gündür. Dəyişkən əhval-ruhiyyə bir çox balıqlara çətinlik yaradacaq. Özünüzü çox yormayın. Bütün problemlərin həllində yalnız özünüzə güvənin.

BAKU.WS