SİZİN REKLAM BURADA!
055 213 76 73



Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın şeirləri və rəsmləri olan bloknot artıq satışa çıxarılıb.

BAKU.WS-in məlumatına görə, Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən "Baku Corner” sözügedən bloknotları Instagram səhifəsində paylaşıb. Maraqlı bloknotların qiyməti 20 manat olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, bundan öncə isə Leyla Əliyevaya məxsus rəsm əsərlərinin əks olunduğu telefon üzlükləri satışa çıxarılmışdı.

"Baku Corner" ölkəmizdə ilk dəfə xeyriyyə məqsədi ilə fəaliyyət göstərən ədalətli ticarət konsepsiyasıdır. 

13 noyabr 2015-ci il tarixindən etibarən ictimaiyyətin istifadəsinə təqdim edilmiş "Baku Corner"-in əsas məqsədi yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış əl işlərinin satışı üçün platforma yaratmaq və onları geniş ictimaiyyətə çatdırmaqdır.

"Baku Corner" tərəfindən uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların çəkdiyi gözəl rəsm əsərləri də geniş kütləyə nümayiş olunur. Bu da onların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində xüsusi rola malikdir.

BAKU.WS Leyla Əliyevanın əl işlərini təqdim edir.