SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin ATV telekanalında yayımlanan “Sen anlat Karadeniz” serialı dünyada ən çox izlənən 10 serialın siyahısına daxil olub.

BAKU.WS-in məlumatına görə, WIT (World Information Tracking) tərəfindən təqdim edilən siyahı Twietter sosial şəbəkəsində aparılan müzakirələrə əsasən hazırlanıb.

Məlumata görə, “Sen anlat Karadeniz” Twietter-də ən çox müzakirə olunan seriallardandır və ilk 10-luqda 6-cı yerdədir.

Adı çəkilən serial Türkiyədə də bütün reytinqləri alt-üst edib. Belə ki, serial reytinq cədvəlinə uzun müddətdir liderlik edən “Diriliş Ertuğrul” serialını qabaqlayıb.

BAKU.WS