SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin ən reytinqli serialı olan "Söz"də Azərbaycan bəstəkarı Cavanşir Quliyevin "Əsgər marşı" səsləndirilib.
 
BAKU.WS xəbər verir ki, serialın yaxın günlərdə yayımlanacaq 6-cı bölümündə əsir düşən əsgərlər düşmənə təslim olmayacaqlarını bu marş vasitəsi ilə ifadə edirlər. Onlar birlikdə "Əsgər marşı" oxuyaraq terrorçulardan qorxmadıqlarını bildirirlər.
 
Məlumat üçün bildirək ki, "Söz" serialı Türkiyənin terrorla mübarizəsinə həsr edilib. 
 
Qeyd edək ki, "Söz" serialı son reytinq cədvəlində ilk yerdə qərarlaşıb.

BAKU.WS