VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Braziliyada "Miss Bum-Bum" gözəllik yarışması keçirilib. 
 
BAKU.WS-in məlumatına görə, yarışmaya 500-dən çox gənc qız müraciə edib, amma finala yalnız 15 gözəl iştirak etmək hüququ əldə edib. 2015-ci ilin "Miss Bum-Bum" qalibi Syuzi Kortes seçilib. 
 
Bu gözəllik yarışması 4 aylıq seçimdən sonra başa çatıb. "Ən yaxşı ombalı qız"ı seçən münsiflər bunun üçün 500 qıza göz gəzdirməli olub. Yarışmada finala qalan 15 qız öz gözəlliklərini göstərmək üçün müxtəlif rəqslər və hərəkətlər edib. Yarışmanın əsas şərtlərindən biri qızların ombalarının təbii olmasıdır. Yəni, hər hansı həkim müdaxiləsi və ya əməliyyat qızları yarışmada iştirak hüququndan məhrum edir. 
 
Müsabiqənin qalibi Syuzi Kortes bu uğurun onun üçün çox önəmli olduğunu bildirib. Hər ay gözəlliyi üçün 2 300 dollar xərcləyən xanım bir neçə plastik əməliyyat keçirib. 
 
"Mən həmişə bu müsabiqəni qazanmaq istəyirdim və özümü tamamilə bu yarışmaya həsr etdim. Mən pəhriz saxlayırdım və məşq edirdim. Öz aruzlarıma nail olmaq üçün bir neçə plastik əməliyyat etdim. Dodaqlarımı şişirdim, sinəmi böyütdüm və iki əməliyyat keçirdim", - deyə Syuzi Kortes əlavə edib.