"WhatsApp” istifadəçilərinə xəbərimiz var. Dünəndən etibarən bir çox smartfonlar bu sistemi dəstəkləmir. Dünyanın ən böyük mesencer şirkətlərindən biri olan vatsapın son yeniliklərini bir çox smartfonların əməliyyat sistemi dəstəkləmədiyindən sistem bu telefonlarda işləməyəcək.

1 milyarddan çox istifadəçisi ilə dünyanın ən böyük mesajlaşma şəbəkələrindən biri olan vatsap yeni ildən etibarən bəzi telefonlarda işləməyəcək.

2018-ci ilin yanvarın 1-dən "WhatsApp” "Əindoəs 8.0" eləcə də "BlackBerry OS" və "BlackBerry 10" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların dəstəklənməsini dayandıracaq. Bu barədə "International Business Times" nəşri məlumat yayıb.

2020-ci ilə qədər isə "Android 2.3.7" sistemi ilə işləyən smartfonlarda da "WhatsApp” dəstəklənməyəcək. Bununla yanaşı adı çəkilən smartfonlarda "WhatsApp”dan qismən istifadə edilmə ehtimalı da var. Lakin bu istifadəçilər üçün məsləhət görülmür.

"WhatsApp”dan imtinanın tədricən həyata keçiriləcəyi gözlənilsə də şirkətin bunu sürətli şəkildə etməsi bir sıra istifadəçiləri çətin vəziyyətdə qoyacaq.

BAKU.WS