SİZİN REKLAM BURADA!
055 213 76 73



Dubayın ən bahalı məkanı sayılan "City Walk"da ötən gün "Baku Cafe Dubai"nin açılışı olub.

BAKU.WS-in məlumatına görə, kafeni Bakıda ən gözəl restoranlar şəbəkəsi idarə edən "BEAT group" açıb. 

Açılışda RAST qrupu canlı musiqi proqramı ilə çıxış edib. Kafenin açılış mərasimində azərbaycanlı müğənni Xəyyam Nissanov da iştirak edib. 

Qeyd edək ki, Beat Group 2009-cu ildə yaradılan Biznesin İdarəetmə şirkətidir. Şirkət qısa zamanda bir neçə restoranı, butiki, korporativ çap məhsulları, keytrinq və digər xidmətləri olan şəbəkəyə çevrilib. Beat Group həmçinin iaşə xidmətləri sahəsində də xidmətləri həyata keçirir.

BAKU.WS