SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabah Azərbaycan ərazisində hava şəraiti yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 21-25°, gündüz 30-35° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Avqustun 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, havada arabir rütubətin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.

BAKU.WS