13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bu gün ölkə ərazisində hava yağmursuz olacaq.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki , Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gündüz mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir külək güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 17-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında çiskin olacağı, axşam isə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.
 
BAKU.WS