SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 11-14, gündüz 15-19 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında oktyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə mülayim-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda  gecə 1-6, gündüz  10-15 dərəcə isti olacağı gözlənilir.
 
BAKU.WS