Bu gün 31 dərəcə isti olacaq

Bu gün 31 dərəcə isti olacaq
Şou-biznes 806

Bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim-cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 26-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında səasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq. Sentyabrın 2-də Abşeron yarımadasında metreloji amillərin zəif və mülayim tərddüdü meteohəssas insanların üçün əsasən əlverişli olsa da sentyabrın 3-də arabir güclənən gilavar küləyi bzəi insanlarda narahatlıq hissləri yarada bilər. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlə...

854 Şou-biznes 13:25 01 sentyabr 2015

Son xəbərlər