VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Forbes nəşrinin redaktoru Qordon Kelli "iPhone 8” smartfonunun yeni görüntülərini yayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunun "iPhone 8”nin son dizaynı olduğu bildirilir. 

Yeni "iPhone” su keçirməyən korpusa malik olacaq, və qacet naqilsiz enerji yığma sistemi ilə təchiz ediləcək. 

Smartfonun əsas xüsusiyyətləri yeni ikili kamera, çərçivəsiz ekran və naqilsiz enerji yığma sistemidir. "iPhone 8”in arxa hissəsi şüşədən hazırlanacaq.

Bundan əlavə "Apple”  "Home” düyməsindən imtina etmək niyyətindədir. Ehtimal olunur ki, şiirkət barmaq izləri skanerini birbaşa ekrana quraşdıracaq.

"iPhone 8” 2017-ci ilin payızında təqdim olunacaq.
 
BAKU.WS