VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Yaz bitdi deyə kədərlənməyin. Payızda keçirilən, bir-birindən maraqlı festivalları sizlər üçün yığdıq.
 
BAKU.WS payızda keçirilən festivalları təqdim edir.

1. Perudca Çikolota Festivalı, İtaliya


Şokolad iyi verən bir festivala getmək istəyirsiniz? O zaman İtaliyanın Peruca şəhərində hər il oktyabr ayında keçirilən Peruca Şokolad Festivalı tam sizə görədir. 2000-ci ildən bu yana keçirilən festivala hər il bir milyondan çox adam qatılır. 190 ton şokolad festival sahəsinə gətirilir və iştirakçılara paylanır.

2. Möcüzələr Lordu Festivalı, Lima


Festivalın tarixçəsinə görə, Anqoladan Limaya gətirilən kölə bir uşaq divara zənci bir İsa çəkir. Yerli sakinlər bu rəsmi silməyə çalışsalar da ancaq zənci İsanın rəsmi silinmir. Möcüzələr Lordu Festivalında İsanın şəkilinin olduğu bu divar çiyinlərdə daşınaraq bütün şəhəri dolanır. Festivalın əsnasında hər yer bənövşəyiyə bürünür. Yeməkler, dualar və mahnılar bu festivalın əsasını təşkil edir.

3. Ölülər Günü Festivalı, Meksika


Ruhlar və müqəddəslərin günü bir çox Katolik məzhəbinə mənsub ölkədə qeyd olunur. Ancaq Meksikada qeyd olunduğu kimi heç bir ölkədə keçirilmir. 31 Oktyabr gecəsi başlayan bayramda qəbiristanlıqlara axın edilir. Evlərdə ölən kəslər üçün yeməklər bişirilir, çiçəklər hazırlanır. Ölülərin onları ziyarətə gələcəklərinə inanırlar. Festival zamanı qəbiristanlıqlarda rəngarəng səhnələr yaranır.

4. Çonburi Buffalo Yarışları, Tayland
 


Bufalolar Taylandın ən əhəmiyyətli simvollarından biridir. Hər il oktyabr ayında, Çonburi şəhərində təşkil edilən bufalo yarışlarına dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlir. Yarışlar zamanı Tayland yeməkləri qonaqlara paylanır və ənənəvi musiqi konsertləri təşkil edilir.

5. Takayama Festivalı, Yaponiya
 


Yaponiyada tanınan festivallarından biri də Takayama festivalıdır. Takayama festivalı ildə iki dəfə biri aprel ayında, biri isə oktyabr ayında keçirilir. Festival zamanında avtomobillər bəzənir, musiqiçilər bu avtomobillərə minərək bütün şəhəri gəzirlər. Takayama Festivalı zamanı sumo güləşlərinə və atəşfəşanlıq nümayişlərinə də yer verilir.
 
BAKU.WS