SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən ödənişsiz "Wi-Fi”dan artıq Bakının "Qış parkı” və "Zabitlər parkı” ərazisində də yararlanmaq mümkündür.
 

BAKU.WS Trend-ə istinadən məlumatına görə, bununla əlaqədar işlər "İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov”, "Sabir” və "Xaqani” bağlarında ödənişsiz "Wi-Fi” təmin olunub.


Yaxın vaxtlarda ödənişsiz "Wi-Fi”ın paytaxtın "Hüseyn Cavid” və "Dədə Qorqud” parklarında da təmin edilməsi planlaşdırılır.

 

BAKU.WS