SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda tutulduğu iddia edilən, yarı insan, yarı meymuna bənzəyən və tamamı ilə tüklə örtülü canlı haqda ötən günlərdə məlumat vermişdik.
 
BAKU.WS bildirir ki, xəzərxəbər-in süjetindən sonra geniş müzakirələrə səbəb olan həmin canlı hər kəsin ağlında bir sual yaratdı: o, həqiqətən də real bir varlıqdırmı? Əməkdaşlarımız bu dəfə həmin canlının doğurdan da var olub-olmadığını və onun necə peyda olmasını. Məlum olub ki, bu məxluq hər hansı bir canlı yox, əslində bir kompyuter proqramı vasitəsi lə düzəldilmiş bir iluziyadır. Mütəxəssislərin fikirləri növbəti süjetdə izləyin.

Bir neçə gündür müzakirələrə səbəb olan meymuna bənzər canlı əslində nədir?

Azərbaycan ərazisində peyda olduğu bildirilən bu varlıq həqiqətən də mövcuddurmu?

Zooloqlar meymuna bənzəyən əcaib heyanın əslində bir iluziya olduğunu deyirlər. Bildirirlər ki, nəinki Azırbaycanda, ümumiyyətlə dünyanın heç bir yerində belə bir canlı yoxdur. Zoologiya insitutunun direktoru Elman Yusifov qəribə canlının əslində bir oyuncaq olduğunu söyləyir. Onun sözlərinə görə belə bir canlının olması mümkün deyil.

Elman Yusifov həmçinin bildirib ki, müxtəlif internet saytlarında belə canlıları əks etdirən videolar var. Buların hamısı xüsusi proqramlar vasitəsi ilə düzəlir və insanlarda maraq yaratmaq üçün saytlara yerləşdirilir.

Direktor həmçinin qeyd edib ki, indiyə kimi belə bir canlı mövcud olsaydı indiyə kimi elm adamları tərəfindən araşdırılardı.
Belə görüntülər insanlarda maraq yaratsa da, panikaya da səbəb olur. Sensayiya xətrinə insanları narahat etmək isə düzgün deyil. 
 
BAKU.WS