SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin Bodrum şəhərində azərbaycanlı iş adamı Mübariz Mənsimovu əsəbləşdirən xoşagəlməz hadisə baş verib. 

BAKU.WS-in məlumatına görə, bir vaxtlar azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan "Palmarina” istirahət mərkəzini idarə edən şəxslər orada Azərbaycan rəmzlərini siliblər. 

Belə ki, istirahət mərkəzinin girişində Azərbaycan bayrağının həkk olunduğu Bakının simvolu asılıb. Ən təəccüblü məqam isə burasındadır ki, bu loqonu sökən şəxslərin Azərbaycan vətəndaşları olduğu deyilir. 

M. Mənsimov sosial şəbəkədə etirazını bildirərək "Azərbaycan bayrağına toxunan adamın ciyərini sökərəm” yazıb.

"Azərbaycan bayrağına toxunanın, ona sayqısızlıq edənin ciyərini sökərəm. Fotoda gördüyünüz Old City Şəhərciyi, Palmarina Bodrum Mega Marinasi bizim tabeçiliyimizdə olarkən tikilmişdir və orada Azərbaycan bayrağı yer almışdır. Lakin idarəetməni başqa şəxslərə verdikdən sonra bayraq oradan götürülüb. Ən üzüntülü məqam odur ki idarəetmə azerbaycanlıya verilmişdi. Bayraq da onlar "Marina"nı idarə etdiyi zaman götürülüb. Azərbaycan bayrağına toxunanın, ona sayğısızlıq edənin ciyərini sökərəm. Bu bayraq yenə orada olacaq".

İman
BAKU.WS