Gəncə Dövlət Filarmoniyasına yeni rəhbər təyin edilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncədə keçirilən regional müşavirədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərovun Gəncə Dövlət Filarmoniyasına rəhbər təyin olunduğunu açıqlayıb. S.Cəfərov şəhər mədəniyyət ictimaiyyətinə təqdim edilib.
 
BAKU.WS