SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Universitetinin IT komandası beynəlxalq "Golden Byte” (Qızıl Bayt) yarışmasının dünya finalını üçüncülüklə yekunlaşdırıb.
 
Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən beynəlxalq müsabiqədə Məmməd Kərimli (Kompüter mühəndisliyi), Tural Səlimli (Maliyyə) və Fəhmin Zakirlidən (Kompüter müəhdisliyi) ibarət komandamız müsabiqədə "Elektrik sərfiyyatına nəzarət” (Savefy) layihəsi ilə "Internet of things - İnnovasiya layihələri” nominasiyası üzrə mübarizə aparıb.

"Golden Byte” (Qızıl Bayt ) beynəlxalq çempionatı STEP Kompüter Akademiyasının (STEP IT Academy) təşkilatçılığı ilə 9 ildir ki, keçirilir. Azərbaycanın ilk dəfə iştirak etdiyi "Golden Byte 2017” üçün yalnız Azərbaycanda 780 iştirakçı qeydiyyatdan keçmişdi, seçim turlarına 450 iştirakçı, final mərhələsinə isə 100 nəfər yüksəldi.

Layihələr 8 fərqli nominasiyada təqdim olunmuşdu – Start Up Сhallenge, Web Project, Game Design, Character Design, Mobile Development, Internet of things və 10-17 yaş arası iştirakçılar üçün Junior Competition. Təqdim olunmuş layihələrin əsas mövzusu isə "Invent. Create. Change (İcad et. Yarat. Dəyiş”) idi.
 
BAKU.WS