VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Mobil telefonlar izləmə qurğusuna çevirilir.
 
BAKU.WS xəbər verir ki, ARB-nin "Günə doğru" verilişində mobil cihazlarla bağlı maraqlı məlumatlar verilib.
 
Mobil telefonunuza yükləyə biləcəyiniz elə proqramlar var ki, onlar vasitəsi ilə danışdığınız insanın yerini təyin edə bilərsiniz. İKT mütəxəsisi Cahid İsmayıloğlu bildirib ki, əməliyyat sistemlərində olan naviqator sistemləri bir başa olaraq həmin naviqator sistemləri ilə əlaqəyə keçir ki, sizin harada olmağınız barədə məlumatı digər şəxslərlə paylaşır.
 
Bu texnoloji yenilik kimi nə qədər yaxşı olsa da vətəndaşlar bundan məmnun deyil. Ekspertlər bildirir ki, bunun qarşısını almaq üçün mobil cihazın naviqator sistemini söndürmək lazımdır.
 
ARB TV-yə istinadən geniş reportajı sizə təqdim edirik:
 
Aynur Ələkbərova
BAKU.WS