SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın dövlət katibi Reks Tillerson Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət departamentinin rəsmi saytı xəbər verir.

"Bütün dünyada milyonlarla insanlar, o cümlədən Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar, Cənubi və Mərkəzi Asiya və Fars körfəzi xalqları bu bayramı öz ailələri və dostları ilə birgə qeyd edirlər", - deyə təbrikdə deyilir.

Dövlət katibi bu bayramı qeyd edənlərə xoşbəxt və firavan Novruz arzulayıb.
 
BAKU.WS