SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycan Hava Yolları" (AZAL) rəsmi Youtube kanalında ən mühüm bayram olan Novruz bayramına həsr olunmuş təbrik videoçarxı yerləşdirib. 
 
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, videoçarxda reysdən Bakıya yenicə çatan və bahar bayramını öz ailəsinin əhatəsində qeyd etmək üçün Naxçıvandakı evinə tələsən mülki aviasiyanın pilotu Həmzə Abbasovdan danışılır.

"Azərbaycan Hava Yolları pilotun  və ailəsinin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir ailəyə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzulayır!" - təbrikdə deyilir. 

Videoçarx ilə tanış ola bilərsiniz: