SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dövlət Sərhəd Xidməti (DSX) ilk sərhədçi qadın pilot Dilarə Babayevanın xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.

BAKU.WS-in məlumatına görə, mərhum pilotun xidmətini əks etdirən videoçarx DSX-nin "Youtube” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, DSX-nin Aviasiya Dəstəsinin ilk qadın pilotu olan D. Babayeva xidmət dövründə DSX rəhbərliyi tərəfindən təltif olunub. O, Mi-17 helikopterini idarə edib.

Qeyd edək ki, Baş leytenant D.Babayeva 2016-cı ilin avqust ayında dünyasını dəyişib. Dilarə zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib və 36 həftəlik hamilə olan qadın tibbi müdaxiləyə baxmayaraq vəfat edib. Onun bətnindəki körpəsi də tələf olub.
 
BAKU.WS