SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycan Hava Yolları" (AZAL) şirkəti Rusiyaya uçuşlar həyata keçirən ən yaxşı aviadaşıyıcılardan biri seçilib.

"Report" xəbər verir ki, bunu "Forbes" tərəfindən tərtib edilən reytinq göstərir.

Azərbaycan şirkəti reytinqdə 8-ci yeri tutub.

Rusiyaya uçuşlar həyata keçirən aviaşirkətlər arasında ən yaxşısı "Emirates" olub. Sonrakı yerləri "Belaviya" və Polşanın LOT şirkəti tutub.
Qeyd edək ki, nəşr bu cür siyahını ilk dəfə tərtib edib. Sıralama qiymət-xidmət keyfiyyət nisbətinə əsaslanır.
 
BAKU.WS