Azərbaycan efir məkanında qalmaqal - aparıcını evə buraxmadılar (VİDEO)

Azərbaycan efir məkanında qalmaqal - aparıcını evə buraxmadılar (VİDEO)
Video
Şou-biznes 2490

ARB TV-də yayımlanan "Ferma" realiti şousunun keçmiş iştirakçısı Nərmin yenidən qalmaqala səbəb olub.

BAKU.WS xəbər verir ki, verilişin çəkiliş heyəti, başda aparıcı Ulvira Qarayeva olmaqla ona "Ferma" da qazandığı pulu təqdim etmək üçün Ağstafa rayonuna gedib. Lakin keçmiş iştirakçı onları evə buraxmayıb və görüşməkdən imtina edib. Çəkiliş komandası ilə uzun müddətli dava-dalaşdan sonra qız onları qəbul edib və pulu təhvil götürüb. 

Xatırladaq ki, Nuranə verilişdə oğlanlarla əlbəyaxa dava etməsi ilə yadda qalıb. Aparıcının sözlərinə görə sözügedən davadan sonra Nuranə əslində proqramdan kənarlaşdırılmalı olduğu halda telekanal ona güzəştə gedib. Eks iştirakçının bu günkü hərəkəti isə aparıcını şoka salıb. 

"Mən uzun illərdir efir məkanındayam. Bütün Azərbaycanı gəzmişəm. Hələ özümə qarşı belə münasibət görməmişəm",- deyə Ülvira Qarayeva bildirib.

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər