Ekrem İmamoğlunun hakim qarşısına çıxacağı vaxt açıqlandı
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya təhqiqatı çərçivəsində şəhər meri vəzifəsindən uzaqlaşdırılmış Ekrem İmamoğlu 2026-cı il martın 9-da hakim qarşısına çıxacaq.
BAKU.WS bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, sözügedən korrupsiya işi üzrə İmamoğlu ilə yanaşı, 407 nəfər şübhəli qismində hakim qarşısına çıxacaq. Onlardan 107-si barədə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya təhqiqatı çərçivəsində ittiham aktı noyabrın 25-də məhkəmə tərəfindən qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycanda ağır qəza - Ölən və xəsarət alanlar var
Şəmkir rayon ərazisində baş verən avtomobil qəzasında xəsarət alanların son vəziyyəti məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 24.02.2026-cı il t...