SİZİN REKLAM BURADA!
055 213 76 73


Səmada baş verən demək olar ki, hər hadisə bürclərdə müəyyən dəyişikliklərə səbəb olur. Aprel ayında sevgi və pulla xoşbəxt olacaq bürclər müəyyənləşib. Bu bürclər üçün yeni dövr başlayır...

BAKU.WS xarici mətbuata istinadən, baharın gəlişi ilə pulu, eşqi və xoşbəxtliyi tapacaq bürcləri təqdim edirik:

Buğa

Buğa təkcə maddi cəhətdən deyil, həyatın bir çox sahələrində şanslı olacaq. Bəxtlərindən düzgün istifadə edib, aprel ayında aktiv olduqları zaman bolluğun, bərəkətin, şöhrətin qapıları onların üzünə açılacaq.

Aprel ayında Buğa üçün uğurlu günlər 6, 11, 17-dir.

Oğlaq

Oğlaqlar aprel ayında cek-potu vuracaqlar. Oğlaqlar iş və şəxsi həyatlarında çox məsuliyyətlidirlər. Bu xüsusiyyətlər şansları ilə birləşdikdə uğur onlar üçün qaçılmaz olacaq, lakin bir az səbirli olmaqları lazım gələ bilər.

Aprel ayında Oğlaqlar üçün uğurlu günlər 4, 9, 18-dir.

Qız bürcü

Qız bürcləri aprel ayında səma tərəfindən qeyd-şərtsiz dəstəklənəcək. Qızlar üçün həm maliyyə, həm də sevgi həyatlarında yaxşı inkişaflar yoldadır. Onlar ilişib qaldıqları və pis hiss etdikləri zaman həyatlarında şans qapılarına nəzər salmaqları kifayət edər.

Aprel ayında Qızlar üçün uğurlu günlər 11, 21, 23-dür.

BAKU.WS