VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB telekanalında yayımlanan "Ferma" realiti şousu bu dəfə də qalmaqalsız ötüşməyib.
 
BAKU.WS xəbər verir ki, iştirakçılar tərəfindən təkləndiyi deyilən Hənifə adlı iştirakçının hamamda ürəyi gedib. Vəziyyəti pisləşən gənc qız qəflətən yerə yıxılıb və uzun müddət orada qalıb. Onun evə qayıtmadığını görən yoldaşları gözlənilməz mənzərə ilə qarşılaşıb.
 
Qız təhlükəsizilik xidməti əməkdaşının və digər oğlan iştirakçıların yardımı çətinliklə evə gətirilib. İlk yardım göstərilən gənc qız özünə gəlib. Daha sonra məlum olub ki, Həmidə verilişdən uzaqlaşmaq üçün bunu qəsdən edib. Özünə gələn xanım iştirakçı otağı dağıtmağa başlayıb.
 
Aynur Ələkbərova
BAKU.WS