SİZİN REKLAM BURADA!
055 213 76 73



"ANS-çi olaraq illərlə kədəri içimizdə saxlamağı öyrənmişik, yalnız bu günkü sevinci dostlarla bölüşmək istəyirik." 

BAKU.WS xəbər verir ki, bunu ötən ilin yayında gözlənilmədən yayımı dayandırılan ANS TV-nin rəhbəri, rejissor Vahid Mustafayev özünün rəsmi Facebook səhifəsində çəkilişlərini tamamladığı cizgi serialı haqqında məlumat verərkən bildirib.

Rejissor bildirib ki, BALANS Milli Animasiya Studiyası ilk 3 cizgi serialınının çəkilişini tamamlayıb.

"Ümumiyyətlə ANS-çi olaraq illərlə kədəri içimizdə saxlamağı öyrənmişik, yalnız bu günkü sevinci dostlarla bölüşmək istəyirik. BALANS Milli Animasiya Studiyamız ilk 3 cizgi serialını çəkdi. Bu gün mən sizə 5-10 yaşlı uşaqlar kateqoriyası üçün "DOSTLAR" ibrətamiz və əyləndirici cizgi serialınının bir hissəsini təqdim edirəm. Deyəsən Azərbaycan cizgi filmlər ənənəsi dirçəlir. Allah Azərbaycanı qorusun!!!”, - deyə Vahid Mustafayev qeyd edib.

Sözügedən cizgi filmini sizə təqdim edirik:

Aynur Ələkbərova
BAKU.WS