SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah saat 10:00-dan 15:00-dək "Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Kürdmaşı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

BAKU.WS SOCAR-ın saytına istinadən məlumat verir ki, təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıtamlı, Hapıttı, Qarakolluq, Aşıq Bayram, Mollaisaxlı və Uştal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Şahin Həbibov
BAKU.WS