SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hacıqabul və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

BAKU.WS SOCAR-a istinadən məlumat verir ki, mayın 13-də saat 10:30-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Sığırlı" və "Atbulaq", həmçinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Goranboy" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Atbulaq və Qızılburun, Kürdəmir rayonunun Sığırlı, Ərəbqubalı və Çöhranlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
 
BAKU.WS