SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Aprelin 22-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Borsunlu”, Ağdam magistral qaz kəmərləri sahəsinin "Tərtər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Goranboy rayonunun Borsunlu, Qazanbulaq və Nadirkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Aparılan işlərin Tərtər şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
 
BAKU.WS