SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sabah Hacıqabul magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
 
SOCAR-dan verilən məlumata görə, avqustun 10-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Kürdəmir” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Təmir işləri aparılan müddətdə Kürdəmir rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
 
BAKU.WS