VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Azərbaycan Hava Yolları" (AZAL) Yeni il ərəfəsində yeni aksiya elan edib.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə uçuşlara 15 dekabr 2016-cı il tarixindən 15 yanvar 2017-ci il tarixinə kimi gediş-dönüş aviabileti alarkən 20 faizədək endirim tətbiq olunacaq: London, Milan, Berlin, Paris, Praqa, Tel-Əviv, Pekin, Dubay və Nyu-York. Uçuş tarixləri: 15 yanvar- 15 mart 2017-ci il.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdən əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://bit.ly/milesreg_az

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598 88 80; *8880


AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.
 
BAKU.WS