SİZİN REKLAM BURADA!
055 213 76 73


 

  

Elektrik mühəndisi Bryus Kampbell Boinq 727 tipli təyyarədən möhtəşəm ev düzəldib.
 
BAKU.WS məlumat verir ki, Bryus təyyarə evin içərisində ayaqyolusu da düzəldib. Mətbəx və otaqların təmiri isə hələ davam edir.
 
Təyyarələrin insanların istehsal etdiyi ən gözəl strukturlardan biri olduğunu deyən Kampbell təyyarələrin zibilə çevrilməsinin utanc verici olduğunu bildirib. 

Təyyarəni 23 min dollara satın aldığını söyləyən mühəndis meşəlik sahəyə yerləşdirdiyi bu hava gəmisinə 15 il ərzində 220 min dollar xərcləyib. 
 
Mühəndisin təyyarə evinin fotolarını təqdim edirik.
 
BAKU.WS