SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Əfsanəvi boksçu Mayk Tayson ilə ABŞ-ın yeni prezidenti Donald Tramp arasında 1990-cı illərdə ilginc bir hadisənin yaşandığı məlum olub.

BAKU.WS xəbər verir ki, Taysonun həmin illərdə həyat yoldaşı olan amerikalı model və aktrisa Robin Given ilə Trampın sevgili olduqları barədə dedi-qodu yayılmışdı.

Bunu bilən əfsanəvi boksçu Trampın ofisinə basqın edib. Tayson milyarderdən "arvadımla yatmısan” deyə soruşub.

Tramp isə boksçuya belə cavab verib: "Bu axmaqlıqdır... And içirəm ki, belə bir şey olmayıb”.
 
İlyas Quliyev
BAKU.WS