SİZİN REKLAM BURADA!
055 213 76 73



Son günlər dünyanın gözü Amerikada keçirilən növbəti prezident seçkilərinə yönəlib.

BAKU.WS mövzunun aktuallığını nəzərə alaraq ABŞ-ın yeni seçilən prezidenti D.Trampın həyat qaydalarını oxuculara təqdim edir:
Uğursuz adamları sevmirəm.

Kim ki, mənim qatarımın keçdiyini düşünürsə, faciləli şəkildə yanılır.

Mənim digər prezidentliyə namizədlərdən fərqim odur ki, dürüstəm, qadınlarım isə gözəldir.
 
Əgər Hillari Klinton öz ərini təmin edə, razı sala bilməyibsə, Amerika üçün nə edəcək?
 
Mənim cəlbedici, yaraşıqlı tərəfim varlı olmağımdadır.
 
Hər zaman əvəzolunmaz olmağı xəyal etmişəm.
 
Pullar heç vaxt məni elə-belə cəlb etməyib. Mən onunla öz uğurumu ölçmüşəm.
 
Bəzən ən yaxşı yatırım – heç nə etməməkdir.
 
Bir çoxları deyir ki, mən özümü azartlı oyunçu kimi aparıram. Amma mən həyatımda bir dəfə də olsun azartlı oyunlar oynamamışam. Azartlı oyunçu – kazinolarda oyun avtomatlarının ətrafında fırlananlardır. Mən isə həmin oyun avtomatlarının sahibi olmağı seçirəm.

Necə yəni mən Çini sevmirəm? Bir zamanlar bir çinliyə evimi 15 milyona satmışam. Bundan sonra necə Çinə nifrət edə bilərəm?
 
Mənə elə gəlir ki, ABŞ-ın ən böyük problemi hər zaman qüsursuz siyasi addımlar atmağa çalışmasındadır.
 
Əgər mən prezident olaramsa, siz Yeni ildə mağazalarda yenə də təbriklər görəcəksiniz.
 
Elan etmək istəyirəm ki, mən aborta qarşıyam.
 
Biz elə bir dünyada yaşayırıq ki, insanlar yaxşı adamın siyasətdə heç bir işinin olmadığını düşünürlər.
 
Kiməsə elə gəlir ki, mənim barmaqlarım qısadır. Bu belə deyil, mənim barmaqlarım – bədənimin digər üzvləri kimi uzun və gözəldir. 
 
Mən gözəl qadınları sevirəm, gözəl qadınlar da məni sevir. Yaxşı ki, bu, hər iki tərəfə də eyni dərəcədə işləyir.
 
İvankanın (qızı İvanka Trampı nəzərdə tutur-red) əla bədəni var. O, mənim qızım olmasaydı, onunla görüşərdim.
 
Nə qədər ki, düşüməyi bacarırsan, böyük düşün.
 
Əgər haqsızamsa, hər zaman üzr istəyirəm.
 
Aysel.Ş
BAKU.WS