SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Rusiyada qalmaqallı açıqlamaları ilə məşhur olan Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ABŞ-da prezident seçkisində Donald Trump-ın qələbəsini qonaqlıqla qeyd edib.

BAKU.WS xəbər verir ki, Jirinovski noyabrın 9-da parlamentdə həmkarları və jurnalistlərə ayaqüstü qonaqlıq verib, sağlıq deyib.

"ABŞ-ın daxili və xarici siyasətinin, Rusiya ilə münasibətlərin yaxşılaşdırılması şərəfinə”, - Jirinovski badə qaldırıb.

Rusiyalı siyasətçi ümid edir ki, ABŞ beynəlxalq məsələlərə bundan sonra az müdaxilə edəcək.

Siyasətçinin sözlərinə görə, qonaqlıq ona təxminən 1500 dollara başa gəlib.
 
İlyas Quliyev
BAKU.WS