SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Gözəl rəhbər İlham Heydər oğlu Əliyev, böyük nailiyyətlər, dənizin sahilində yerləşən inci, may günlərinə təsadüf edən bayram. Mən əminəm ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti müstəqilliyin elan edilməsinin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının növbəti ildönümünü böyük sevinclə qarşılayırlar. Əziz dostlar, qonşular, bayramınızı təbrik edirik. Hamınızı sevirik və sizə hörmət bəsləyirik".

BAKU.WS bildirir ki, bu sözləri Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski AZƏRTAC-a müsahibəsində söyləyib.

Sədr müavini Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq əmin olduğunu bildirib ki, ən ağır vaxtlar geridə qalıb, qabaqda yalnız danışıqlardır.

V.Jirinovski deyib: "Ölkələrimiz arasında heç bir mübahisəli məqam yoxdur, münasibətlər bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcək. Əminəm ki, prezidentlərimiz bütün məsələlərdə həmişə ümumi dil tapacaqlar".
 
BAKU.WS