SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir.

Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz falı ilə digər yaş qrupunda olan insanlar da az maraqlanmır. Hər kəs doğularkən onun anadan olduğu günə uyğun bürclər dayanır. Qoroskopa görə, insan xüsusiyyətləri də məhz həmin bürclərə uyğun formalaşır.

Qoroskopa görə, 3 bürc sahibi tez yorulur və depresiyaya düşür. Həttə onlara doğuşdan yorğun bürclər də deyilir. Bunlar Balıq, Əqrəb və Oğlaq bürcləridir.

Balıqlar depresiyaya tez düşürlər. Onlar həyata küsür və hər şeydən təcrid olmağı sevirlər. Balıqlar əslində özləri belə özlərini başa düşmürlər.

Əqrəblər özləri qəbul etməsələr belə çox tez ruhdan düşürlər və yorulurlar. Halsız olduqda özlərini toparlaya bilmirlər. Bəzən çox yüklənirlər və enerjiləri tükəndikdə bunu biruzə vermək istəməsələr də, bunu bacarmırlar. Yorğun olduqda səssiz olmağa üstünlük verirlər. Bu zaman çox əsəbi olurlar və dözülməz olurlar.

Oğlaq bürcü altında doğulanlar da tez yorulurlar. Bu zaman özlərini ifadə etməyi belə bacarmırlar. Elə anlar olduqda səssiz olmağı üstün tuturlar.

BAKU.WS