SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Prezident İlham Əliyevin tövsiyyəsindən sonra dövlət qurumlarının xidməti avtomobil kimi Naxçıvan Avtomobil Zavodu (NAZ) tərəfindən istehsal olunan "NAZ-lifan”dan istifadəsi artmaqdadır. 
 
Gununsesi.info-nun xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sonra Baş Prokurorluq da bu avtomobillərdən sifariş edib. Artıq prokuorluğun bir neçə idarə və şöbələrinin rəisləri üçün xidməti "NAZ-lifan” alınıb.

Prokurorluq işçilərinin peşə bayramı zamanı (1 oktyabr) bir çox prokuror Fəxri Xiyabana məhz yeni NAZ-larla gəliblər.

Xatırladaq ki, Naxçıvan Avtomobil Zavodu hazırda 8 çeşiddə minik avtomobili istehsal edir.

İstehsal olunan modellər "NAZ-Lifan 720",  "NAZ-Lifan 820" (Premium modellər), "NAZ-Lifan 620", "NAZ-Lifan 630" (sedan modellər), "NAZ-Lifan X50" və X60 (SUV), "NAZ-Lifan 320" və "NAZ-Lifan 330" (Mini) modelləridir.

"NAZ-Lifan 720" modelinin qiyməti 14 min manatdan, 820 modelinin qiyməti 22 min manatdan, X60 modelinin qiyməti də 14 min manatdan başlayır.
 
BAKU.WS