Bu tarixlərdə iş olmayacaq - Yeni ildə bayram günləri

Bu tarixlərdə iş olmayacaq - Yeni ildə bayram günləri
Şou-biznes 6050

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günləri məlum olub.

BAKU.WS xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar tarixləri isə yeni ilin gəlişi ilə bağlı qeyri-iş günüdür.

Onu da nəzərinizə çatdıraq ki, 31 dekabr və 1 yanvar şənbə və bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq. Yəni 31 dekabr və 1 yanvar avtomotik olaraq yanvarın 3 və 4-nə keçirilir. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin hələ ki Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri barədə açıqlaması yoxdur.

Oxşar xəbərlər

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. BAKU.WS xəbər verir ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq...

176 Şou-biznes 00:00 31 dekabr 2021

Son xəbərlər