Sosial şəbəkə fenomeni Leyla Qarazadənin toyu oldu - VİDEO

Lənkəranda maraqlı, kreativ və əyləncəli tədris metodları və çəkdiyi videoları ilə hər kəsə tanış olan gənc müəllim Leyla Qarazadə ailə həyatı qurub.
Toyda Jidi kənd orta məktəbinin həmin o məşhur olan sinfinin şagirdləri də iştirak ediblər. Onlar bu özəl günə xüsusi hazırlaşıb və sevimli müəllimlərinə hədiyyələr təqdim ediblər.
Leyla müəllimin ailə qurduğu şəxs həmkarıdır. Faiq Şıxəlizadə Lənkəran rayonunun Türkəncil kənd məktəbində coğrafiya fənnindən dərs deyir. Leyla müəllim deyir ki, onun populyarlıq və uğur qazanmasında həyat yoldaşının da rolu çox olub.
Leyla Qarazadə dörd ildir ki, Lənkəran rayon Jidi kənd orta məktəbində pedaqoji fəaliyyətlə məşğuldur. O, öz işini böyük həvəs və sevgi ilə görür. Yeni ailə həyatı quran gənc müəllimlərə biz də öz növbəmizdə xoşbəxtlik arzulayırıq!
Ətraflı süjeti təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
