SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəhid Həsənov Əsəd Fərhad oğlunun son mesajı görənləri ağladıb.

Əsədin anası ATV-də yayımlanan “Bizimləsən” verilişinə qonaq olub.

Veriliş zamanı Əsədin ailəsinə yazdığı son mesajları səsləndiriblər. Mesajda “öpürəm hər birinizi bağrıma basıram. Özünüzdən muğayat olun. Balalarımıza yaxşı baxın, sizə tapşırıram.

Mənim Hüseyn oğlum həmişə fəxr etsin çünki onun atası qəhrəman olacaq”, - deyə qeyd olunub.

Şəhid anasının sözlərinə görə, o Vətən müharibəsində qərargah rəisi olub və koordinat verən zaman şah damarından güllələnib.

Qeyd edək ki, Əsəd Fərhad oğlu Həsənov 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdi kəndində doğulub. 1995-2003-cü illərdə həmin kəndin tam orta məktəbində təhsil alıb. Cəmşid Naxçıvanski adına hərbi liseyin və Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub. Hərbi fəaliyyətinə leytenant rütbəsi ilə başlayan Əsəd 2017-ci ildə kapitan rütbəsinə layiq görülüb. Vətən müharibəsi zamanı Ağdam döyüşlərində yaxından iştirak edib. 2020-ci ilin oktyabr ayında Ağdamın azadlığı uğrunda gedən savaşda şəhid olub. Onun Mələk və Hüseyn adlı iki övladı vətənə əmanət qalıb.

Əsəd Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.

Daha ətraflı süjetdə:

BAKU.WS
VİDEO