SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Sabah Bakıda 36 dərəcə isti olacaq.


BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

 
BAKU.WS