SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hicri təqvimi ilə bu gün Ramazan ayının 21-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin verdiyi məlumata görə, iyunun 25-də imsak Bakı vaxtı ilə saat 03:1, iftar isə saat 20:32-dədir.

Ramazan ayının 21-ci gününün duası: "Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin".

Tərcüməsi: "İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!"

Digər şəhərlər üçün Bakı vaxtına dəqiqə ilə edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4
Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11,
Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4,
Füzuli +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Göygöl +14,
Horadiz +10, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6,
Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4,
Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11,
Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16,
Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6,
Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16,
Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

Allah orucunuzu qəbul eləsin.
 
BAKU.WS