SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İnternet hərrac portalı eBay-da 90-cı illərin istehsalı olan iki Mercedes-Benz S-Class modeli yerləşdirilib.


BAKU.WS-in məlumatına görə, yürüşü çox az olan avtomobillərin ikisinin satış qiyməti 300 min dollar kimi dəyərləndirilib. Qara rəngli 600SEL 6 litrlik mühərriki və 409 at gücü olan Mercedesin yürüşü cəmi 2412 kilometrdir. Ağ rəngli ikinci maşının yürüşü isə cəmi 443 kilometrdir. 24 il ərzində avtomobilin nə səbəbə belə az sürülməsi isə açıqlanmır. Hər iki avtomobilin kondisioner olan qarajda saxlanıldığı bildirilir.

 

Qeyd edək ki, bu son dövrdə 3-cü belə rekord səviyyədə aşağı yürüşlü avtomobilllərin elektron hərrac vasitəsilə satışa çıxarılmasıdır. Aprelin əvvəllərində də bir nəfər eBay-da cəmi 494 kilometr yürüşü olan 1992-ci il istehsallı BMW M3-ü satışa çıxarmışdı. Avtomobilin ilkin qiyməti 200 min dollar idi.

 

BAKU.WS