SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda 613 min manata "Mercedes S65 AMG” model avtomobil satılır.
 
BAKU.WS xəbər verir ki, turbo.az saytında yer alan elanda yarım milyondan çox qiymətə təklif edilən avtomobil, Bakıda fəaliyyət göstərən maşın salonlarından biri tərəfindən satılır. Qara rəngdə olan bu avtomobilin buraxılış ili 2016, mühərrikinin gücü 630 at gücü, həcmi 6000 kubsantimetrdir.
 

 

Satışa çıxarılan ikinci ən bahalı avtomobil də "Mersedes" markalıdır. Gallendvagen "G 63 AMG" model avtomobil 590 min manata satışa çıxarılıb. Avtomobilin mühərriki 544 at gücü, həcmi 6300 kubsantimetrdir. 2015-ci il istehsallı olan avtomobil heç sürülməyib.

 

   

 

Digər bir avtomobil "Rolls-Royce" markalı maşındır. Satışa çıxarılan İngiltərə istehsallı maşın 2014-cü ilin buraxılışıdır. Qiyməti 350 min dollar (539 min manat) olan avtomobil cəmi 360 km sürülüb. Avtomobilin mühərriki 563 at gücü, həcmi 6600 kubsantimetrdir.
 

BAKU.WS