SİZİN REKLAM BURADA!
055 213 76 73


8 Mart - Beynəlxalq Qadınlar Günü İsmayıllıda da qeyd olunub. Bayram münasibətilə şəhərdə “Qadınlarımızın zəhmətini dəyərləndirək” şüarı ilə təbrik aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd şəhərin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar xanımları sevindirməkdir.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada kommunal xidmət sahəsində çalışan qadınlar təbrik edilərək, xüsusi gün münasibətilə onlara xoş arzular çatdırılıb.

Xanımlar onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

BAKU.WS
QALEREYA