SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Azərbaycan və Ermənistan ordularının hərbi cəhətdən müqayisəsi həqiqətən də gülüncdür. Heç bir iqtisadi gücü və potensialı olmayan ölkənin ordusunda hansı inkişafdan söhbət gedə bilər?
 
BAKU.WS femida.az-a istinadən bildirir ki, düşmən ordusunun texniki bazasından əlavə, şəxsi heyətində olan çatışmazlıqlar da göz önündədir. Ermənistan mətbuatının son günlər işğal altında olan Azərbaycan torpaqlarından hazırladıqları reportajlarda onların "qəhrəman" əsgərləri xüsusi canfəşanlıqla verilir. İflasa uğrayan ordunun şəxsi heyətinin geyiminin nizamnaməyə zidd və qeyri-standartlara uyğun olması açıq-aşkar görünür.

Hətta fotolarda bəzi əsgərlərin hərbi forma olmadığı üçün mülki papaqdan və şalvardan istifadə etdikləri açıq-aşkar görünür. Sosial şəbəkələrdə yayılan fotolarda xüsusilə gülünc doğuran bir məqam da var. Ermənistan ordusunda əsgərlərin bəzilərinə çəkmə çatmadığı üçün rezin çəkmələrdən istifadə edirlər. Bəzi hərbçilərin forması isə artıq köhnəldiyindən bir neçə yerdən cırılmış şəkildədir. Hərbi ekspertlərin dediyinə görə, Ermənistan ordusunda geyim bir dəfə verilir. Yaşlı muzdlu əsgərlər gənc əsgərlərin geyimlərini və xüsusilə çəkmələrini aldıqları üçün onlar rezin çəkmələrdən istifadə etmək məcburiyyətində qalırlar.
 
BAKU.WS