SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Ermənistan ordusunun hərbçiləri kütləvi şəkildə qovulur.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Ermənistan KİV-ləri həyəcanla yazırlar. Ermənistanın hökumətin qərarlarına uyğun olaraq, 106 ruhani hərbi xidmətdən azad edilib.
 
Maraqlısı ondadır ki, hərbçilərin qovulmasına heç bir səbəb gətirilməyib. 

Erməni Apostol kilsəsi isə hərbi xidmətdən yayınmaq istəyən ruhanilərə görə dini təşkilatları ittiham edirdi. Kilsədən bildirilir ki, ruhanilərin hərbi xidmətdən yayınmasına əsas səbəb dini təşkilatların ruhanilərə təzyiq göstərməsidir. Bundan başqa bu tipli xəbərin bu günlərdə Rusiya qoşunlarını Qarabağa yerləşdirəcəyi ilə bağlı yayılan informasiyaların fonunda yayılmasının da təsadüfi olmadığı deyilir. 
 
Ermənistan rəhbərliyi düşünülmüş şəkildə Moskvadan sifariş alaraq Rusiya hərbçilərinə meydan açmaq üçün Ermənistan ordusu sıralarında böyük nüfuzları olan ruhaniləri təmizləməklə məşğuldur. 

ŞAHİN Həbibov
BAKU.WS